azturkxeber.az
http://azturkxeber.az

Bakıda yerli istehsalçılar yarmarkası keçiriləcək

03-02-2025

 

Bu ilin fevralın 16-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun dəstəyi, www.shoppingaz.az platforması və “Merci Baku” restoranının təşkilatçılığı ilə Bakıda yerli istehsalçılar yarmarkası keçiriləcək. 

AZPROMO-nun verdiyi məlumata görə, tədbir Bakı sakinlərinə və şəhərimizin qonaqlarına yerli ustaların istedadını və kreativliyini tanıtmaq üçün vahid platforma təqdim edəcək. Yarmarka unikal yerli geyim və aksesuarların, eləcə də parfümeriya, şərab və şokolad kimi qida məhsullarının nümayişi üçün geniş imkan yaradacaq. Ziyarətçilər eksklüziv məhsullar almaqla yanaşı, dizaynerlərlə ünsiyyət qurmaq, onların ilham mənbələri və hər bir əşyanın yaradılma hekayəsi haqqında məlumat əldə etmək imkanı qazanacaqlar.

“Merci Baku”da keçiriləcək yarmarkada həmçinin davamlı inkişaf və yerli istehsalçıların dəstəklənməsi mövzusunda ustad dərsləri, mühazirələr və müzakirələr təşkil olunacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728