azturkxeber.az
http://azturkxeber.az

“RehaPoint” məntəqəsində 1600-dən çox şəxsə reabilitasiya xidmətləri göstərilib

03-02-2025


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Bərdə şəhərindəki Qarabağ Regional DOST Mərkəzində “RehaPoint” məntəqəsində reabilitasiya xidmətlərini davam etdirir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindənverilən məlumata görə, 2023-cü il dekabrın 1-dən fəaliyyətə başlayan məntəqədə ötən dövrdə əlilliyi olan 1600-dən çox şəxsə ambulator şəraitdə reabilitasiya xidmətləri göstərilib.

Bölgədə yaşayan əlilliyi olan şəxslər burada ambulator formada müalicəvi bədən tərbiyəsi, əmək terapiyası, psixoloq və loqoped xidmətlərindən yararlanırlar.

Məntəqədə əlilliyi olan şəxslərə ehtiyaclarına uyğun olaraq 800-dən çox reabilitasiya vasitəsi də verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728