azturkxeber.az
http://azturkxeber.az

AQTİ-nin laboratoriyası beynəlxalq səriştəlilik sınağında növbəti uğur qazanıb

03-02-2025

AQTİ-nin laboratoriyası beynəlxalq səriştəlilik sınağında növbəti uğur qazanıb


Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTI) Abşeron Regional Sınaq Laboratoriyası (ARSL) Böyük Britaniyanın “Fapas” şirkəti tərəfindən təşkil olunan növbəti səriştəlilik sınağında iştirak edib.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, laboratoriya alkoqollu içki nümunəsində fiziki-kimyəvi və toksikoloji sınaqda uğurlu nəticə əldə edib. Belə ki, analizlər etil spirtinin, etanalun (asetaldehid), etil asetatın, metanolun, propanol 1-in və dimetil propanol 1-in təyini üzrə aparılıb.

Qeyd edək ki, ARSL bundan əvvəl də Böyük Britaniyanın “Fapas” və ”LGC standard”, eləcə də Fransanın “Bipea” şirkətləri tərəfindən təşkil olunan beynəlxalq laboratoriyalararası sınaqlarda yüksək nəticələr əldə edib. Laboratoriya Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən akkreditasiya edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728