azturkxeber.az
http://azturkxeber.az

Bakıda nöqsanlar aşkarlanan su emalı müəssisəsinin fəaliyyəti dayandırılıb

31-01-2025


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşlarının Bakı şəhəri, H.Mirzəyev küçəsində “Butasu A” MMC-yə məxsus qablaşdırılmış su emalı müəssisəsində apardıqları yoxlama zamanı bir sıra nöqsanlar müəyyən olunub.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, texnoloji ardıcıllıq prinsipinə riayət olunmadığı, qablaşdırma materiallarının yuyulması prosesinin kustar üsulla həyata keçirildiyi məlum olub.

Həmçinin qanunvericiliyin tələblərinə uyğun etiket məlumatları olmayan 150 ədəd 19 litrlik su bidonu, 105 ədəd 19 litrlik qablaşdırılmış su və istehsal tarixi qeyd edilməyən 384 ədəd 0,5 litrlik “Buta” əmtəə nişanlı qablaşdırılmış su aşkarlanıb.

Faktla bağlı müəssisənin fəaliyyəti dayandırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728