azturkxeber.az
http://azturkxeber.az

Prezident cənab İlham Əliyev hər zaman öz vətəndaşının yanındadır

31-12-2024 Baxılıb: 7

 
Məlumdur ki,2024-cü il dekabrın 25-də Bakı–Qroznı  reysini yerinə yetirən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalaraq idarəetməni itirmiş vəziyyətdə Qazaxıstan Respublikasının Aktau şəhəri istiqamətinə yönləndirilmişdir. Aktau şəhərində qəzaya uğrayan  təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u isə sağ qalıb. İnsan tələfatı və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirmiş və sərnişinlərin bir qismi xilas edilmişdir. Təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Prezident İlham Əliyevin Sərəncamına əsasən Azərbaycanda matəm elan edilib. 
 Qeyd edək ki,bu hadisəylə əlaqədar olaraq Prezident cənab  İlham Əliyev dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına müsahibə verib. Dövlət başçısı təyyarə ekipajının fəaliyyətini çox yüksək qiymətləndirdiyini deyib:“Bu gün mən vida mərasimində iştirak etdim, həlak olan ekipaj üzvlərinin yaxınlarına başsağlığı verdim. Bu gün ekipaj üzvlərinin təltifi ilə bağlı mənim Sərəncamım olacaq. Mən onların fəaliyyətini, peşəkarlığını, fədakarlığını çox yüksək qiymətləndirirəm. Pilotlar və bütün ekipaj böyük qəhrəmanlıq göstərdilər.Baxmayaraq, təbii ki, pilotlar təcrübəli pilotlar idi və bilirdilər ki, onlar bu qəza enişindən sağ çıxa bilməyəcəklər. Ancaq sərnişinləri xilas etmək üçün onlar maksimum böyük qəhrəmanlıq göstərmişlər və məhz bunun nəticəsində təyyarə qəzasında sağ qalanlar var.”
Məlum olduğu kimi,29 dekabr 2024- cü il tarixində “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən baş vermiş qəza zamanı yüksək peşəkarlıq və şücaət göstərmiş şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev Sərəncam imzaladı.Qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiklərinə görə təyyarənin pilotları İqor Kşnyakin, Aleksandr Kalyaninov  və ekipaj üzvü Hökumə Əliyevaya ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.Onlar II Fəxri Xiyabanda dəfn olunublar.Digər ekipaj üzvləri Zülfiqar Əsədov və Aydan Rəhimli isə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif ediliblər.
Beləliklə ,bütün bunların hamısı bir daha göstərdi ki,  Prezident cənab İlham Əliyev hər zaman öz vətəndaşının yanındadır, diqqətini və qayğısını heç kəsdən əsirgəmir.

Tahir Gülnəzərov,
Salyan rayon Qarabağlı-1 kənd tam orta məktəbin direktor əvəzi






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031