azturkxeber.az
http://azturkxeber.az

Təyyarə qəzasında həlak olan ekipay üzvlərinin qəhrəmanlığına layiqli qiymət verildi

31-12-2024 Baxılıb: 7

 

2024-cü ilin son günləri Azərbaycan xalqına çox böyük bir üzüntü yaşatdı. “Azərbaycan Hava Yolları”na məxsus “Embraer-190” təyyarəsinin Rusiyanın hava sərhədləri daxilində hücuma məruz qaldı . Qəza  nəticəsində 38-in həlak olub və təyyarənin pilotları və digər ekipaj üzvlərinin səyləri, sücaəti sayəsində 29 sərnişin sağ qalıblar. Hazırda paytaxtın tibb mərkəzlərində yaralıların müalicəsi aparılır.

Prezident İlham Əliyevin dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında yaşanan təyyarə qəzası ilə bağlı sərgilədiyi mövqe dövlətimizin qətiyyətindən, ölkəmizin prinsipiallığından xəbər verir

Dekabrın 29-da isə təyyarə qəzasında həlak olan üç ekipaj üzvü - gəmi kapitanı İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və stüardessa Hökümə Əliyeva ilə Heydər Əliyev Beynəlxalq Aeroportunda vida mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qəza nəticəsində həlak olan ekipaj üzvlərinin keçirilən vida mərasimində iştirak edib, onların ailə üzvlərinə və yaxınlarına başsağlığı veriblər.Daha sonra qəzada həlak olan ekipaj üzvlərinin nəşi II Fəxri xiyabanda torpağa tapşırılıb.

Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən vida mərasimindən sonra Azərbaycan Televiziyasına verdiyi müsahibəsində Prezident İlham Əliyev göstərdikləri şücaət və qəhrəmanlıqlarına görə ekipaj üzvlərinin mükafatlandırılacağı barədə məlumat vermişdi. 

Müsahibədən dərhal sonra ölkə başçısı “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən baş vermiş qəza zamanı yüksək peşəkarlıq və şücaət göstərmiş şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda xüsusi olaraq qeyd edilib ki, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirib və 29 sərnişin xilas edilib. Qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiklərinə görə təyyarənin pilotları İqor Kşnyakin, Aleksandr Kalyaninov və ekipaj üzvü Hökumə Əliyevaya ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib, digər ekipaj üzvləri Zülfiqar Əsədov və Aydan Rəhimli isə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif ediliblər.

Bununla da ölkə rəhbərimiz öz qəhrəman övladlarının qəhrəmanlığını və sücaətini xüsusi qeyd edib Allah bütün həlak olanlara rəhmət eləsin və sağ qalanlara Allahdan şəfa diləyirik.

 

 

Şəhla Rəhimova,

           Salyan şəhər 7 saylı məkəb-liseyin müəllimi, Əməkdar müəllim






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031