azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan idmançılarının 2025-ci il üçün ilk reytinqi açıqlanıb

01-01-2025 Baxılıb: 0

IMG

Gənclər və İdman Nazirliyi Olimpiya idman növləri üzrə milli komandaların idmançılarının 2025-ci il yanvarın 1-nə olan reytinq cədvəlini açıqlayıb.

azturkxeber.az xəbər verir ki, siyahının ilk pilləsində 500 xalla bədii gimnastika üzrə qrup hərəkətləri komandası yer alıb.

Cüdo üzrə Olimpiya çempionu Hidayət Heydərov 390 xalla ikinci, atlet Anna Skidan (çəkicatma) 315 xalla üçüncüdür.

Cüdo üzrə digər Olimpiya çempionu Zelim Kotsoyev (310 xal) ilk "üçlüy"ü tərk edərək, 4-cü sıraya geriləyib.

Qeyd edək ki, reytinq xallarının hesablanması Gənclər və İdman Nazirliyinin müəyyən etdiyi qaydalara əsasən aparılır. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallar hesablanır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031