azturkxeber.az
http://azturkxeber.az

ÜST Çini COVID-19-a dair məlumatları paylaşmağa çağırır

01-01-2025 Baxılıb: 0

IMG

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-un meydana çıxmasından beş il sonra bu xəstəliklə mübarizənin və onun öyrənilməsi istiqamətində davam edən səylərin nəticələrini açıqlayıb.

azturkxeber.az təşkilatın mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, ÜST xatırladıb ki, 2019-cu il dekabrın 31-də Çin Ölkə Ofisi Uhan Bələdiyyə Səhiyyə Komissiyasının saytında şəhərdə "virus pnevmoniyası" halları ilə bağlı mətbuata açıqlama aşkarlayıb.

"Növbəti həftələr, aylar və illərdə COVID-19 həyatımızı və dünyamızı dəyişdi", - BMT agentliyi bildirib.

Dünya üzrə SARS-CoV-2 virusunun səbəb olduğu 777 074 803 yoluxma və yeddi milyondan çox ölüm halı təsdiqlənib. "COVID-19-un mənşəyini öyrənə bilməyimiz üçün Çini məlumatları paylaşmağa və onlara çıxışı təmin etməyə çağırmağa davam edirik", - ÜST bəyan edib.

"Bu, mənəvi və elmi imperativdir. Ölkələr arasında şəffaflıq, məlumat mübadiləsi və əməkdaşlıq olmadan dünya gələcək epidemiya və pandemiyaların qarşısını adekvat şəkildə ala və onlara hazırlaşa bilməz", - bəyanatda deyilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031