Zimbabvedə prezident Emmerson Mnanqaqvanın imzası ilə ölüm hökmü ləğv edilib. Hazırda ölüm hökmündə olan 60 məhbusun cəzası həbs cəzası ilə əvəz edilib.
Zimbabve hökumətindən verilən açıqlamada, prezidentin ölüm hökmünün ləğvi ilə bağlı qanun layihəsini imzaladığı bildirilib.
Qeyd edək ki, sonuncu ölüm hökmü Zimbabvedə 2005-ci ildə icra olunub.