azturkxeber.az
http://azturkxeber.az

Cənubi Koreyada təyyarə qəzasını səbəbləri araşdırılır

02-01-2025 Baxılıb: 0

IMG

Cənubi Koreya polisi “Jeju Air” təyyarəsinin eniş zamanı idarəetmədən çıxaraq 179 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı Muan Beynəlxalq Hava Limanında axtarış aparıb.

“Yonhap” xəbər verir ki, səlahiyyətlilər qəza ilə bağlı aparılan istintaq çərçivəsində “ölümlə nəticələnən peşəkar səhlənkarlıq” şübhəsi ilə axtarış etdiklərini bildiriblər. Polis Muan Beynəlxalq Hava Limanında və “Jeju Air” aviasiya ofisində axtarış aparıb.

Xatırladaq ki, Banqkok-Muan marşrutu üzrə hərəkət edən Boeing 737-800 model tək keçidli "Jeju Air 7C2216" təyyarəsi Cənubi Koreyanın Muan şəhərində uçuş-enmə zolağına endikdən sonra eniş şassisi açılmadıqda idarəetmədən çıxaraq divara çırpılıb. Təyyarədə olan 179 nəfər, o cümlədən 6 ekipaj və 175 sərnişin həlak olub.

Qəzadan yalnız bir ekipaj üzvü, 30 yaşlarında qadın və 20 yaşlarında bir kişi sağ çıxıb. 

Cənubi Koreya aviasiya tarixində ən ölümcül fəlakət sayılan hadisədən sonra ölkədə 7 günlük milli matəm elan edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031