azturkxeber.az
http://azturkxeber.az

Naxçıvanda şəhid və qazi övladlarına bayram hədiyyələri təqdim edilib

02-01-2025 Baxılıb: 3

 

Naxçıvanda şəhid və qazi övladlarına, həmçinin sosial qayğıya ehtiyacı olan uşaqlara bayram hədiyyələri təqdim edilib

AzTurkxeber.az xəbər verir ki, Naxçıvan Dövlət Milli Dram Teatrında şəhid və qazi övladları, həmçinin sosial qayğıya ehtiyacı olan uşaqlarla bayram görüşü keçirilib.
Naxçıvan Dövlət Milli Dram Teatrının kollektivi Yazıçı Eluca Atalının qələmə aldığı "Odunçunun nağılı" əsəri əsasında hazırladığı tamaşanı təqdim edib. 
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli "yaşıl enerji"yə keçid, təbiətin mühafizəsi, ekoloji təmizliyə çağırış ideyalarını təşkil edən tamaşanı uşaqlarla birlikdə izləyib.
Səlahiyyətli nümayəndə Fuad Nəcəfli çıxış edərək qeyd edib ki, müstəqilliyimizin ilk illərində Vətənimiz gözlənilməz bəlalarla üzləşib. Şəhid və qazilərimizin fədakarlıqları sayəsində yurdumuz bu bəlalardan xilas olub, torpaqlarımız işğaldan azad edilib. Qəhrəmanlarımızın övladları ilə qürur duyduğunu diqqətə çatdıran səlahiyyətli nümayəndə uşaqlara bayram təbriklərini və xoş arzularını çatdırıb. 
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev vurğulayıb ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının dəstəyi ilə muxtar respublikada yaşayan şəhid və qazi övladlarına, həmçinin sosial qayğıya ehtiyacı olan 300 nəfər uşağa yeni il hədiyyəsi nəzərdə tutulub. Şura sədri göstərilən xüsusi diqqət və qayğıya görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbərliyinə öz minnətdarlığını bildirib. 
Sonra tədbirdə iştirak edən uşaqlar səhnəyə dəvət olunub, onlara bayram hədiyyələri verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031