“Şimal işıqları” Rusiyanın Sibir bölgəsinin üçüncü böyük şəhəri olan Krasnoyarskda müşahidə edilib.
Bu enliklərdə adətən nadir rast gəlinən təbiət hadisəsi ictimaiyyət tərəfindən maraqla izlənilib.
Mütəxəssislər Şimal İşıqlarının son bir neçə gündə günəşdə baş verən güclü partlayışlar nəticəsində meydana gələn maqnit qasırğasının təsirindən əmələ gəldiyini bildiriblər.