azturkxeber.az
http://azturkxeber.az

Şirvanda saxta pul dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb

02-01-2025 Baxılıb: 3

 

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində saxta pulların dövriyyəsi ilə məşğul olan Mərahim Fərəcovun saxlanılması istiqamətində əməliyyat tədbiri keçirilib.Bu zaman adıçəkil şəxs özünə xəsarət yetirərək məsuliyyətdən yayınmağa çalışıb. Onun bu cəhdinin qarşısı polis əməkdaşları tərəfindən alınıb və sonuncu saxlanılaraq istintaqa təhvil verilib.
Həmin şəxsdən psixotrop maddə olan metamfetamin, eləcə də saxta pul əskinasları götürülüb.

AzTurkxeber.az xəbər verir ki, faktla əlaqədar Şirvan ŞPŞ-də cinayət işi açılıb, M.Fərəcov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031