DİN-dən böyük şans
Abituriyentlərin Polis Akademiyasına sənəd qəbulu başlayıb. Daxili İşlər Nazirliyi Polis Akademiyasına əyani təhsilə III qrupdan hüquqşünaslıq ixtisasına 500, I qrupdan informasiya təhlükəsizliyi ixtisasına 25 kursantın qəbuluna dair müsabiqə elan edir.
Qeyd edək ki, yemək, qalmaq, təhsil, geyim də daxil olmaqla DİN hər bir şeyi öz üzərinə götürür. Gələcəyini düşünən gənclər, bu sizlər üçün böyük şansdır.
Xüsusilə imkansız ailələrin istedadlı, bacarıqlı uşaqları bu şansdan yararlana bilər.
Əlaqə: 012 590-97-76, 012 454-12-78