azturkxeber.az
http://azturkxeber.az

Prezident İlham Əliyev sevincli günləri xalqı ilə bölüşür.

24-12-2024 Baxılıb: 10

 

Prezident İlham Əliyev dünyada gedən mürəkkəb, ziddiyyətli proseslər fonunda respublikanın siyasi müstəqilliyini daha da möhkəmləndirməyə və ən əsası ərazi bütövlüyünün bərpasına nail olub.Bu gün Azərbaycan dünya siyasətinə əsaslı təsir imkanları olan dövlətlərlə etibarlı tərəfdaş olaraq qarşılıqlı faydalı əməkdaşlığı genişləndirməkdədir. Prezident İlham Əliyev balanslaşdırılmış xarici siyasət həyata keçirərək beynəlxaq əmədaşlığı inkişaf etdirmək istiqamətində böyük səy göstərir. Dövlət başçısı dünyada gedən mürəkkəb, ziddiyyətli proseslər fonunda respublikanın siyasi müstəqilliyini və milli təhlükəsizliyini daha da möhkəmləndirməyə və ən əsası ərazi bütövlüyünün bərpasına nail olub.

Prezident İlham Əliyev Azərbaycanın bu günü, gələcəyi naminə atmış olduğu addımlarda hər zaman arxasında xalq sevgisini, dəstəyini hiss edib. Çünki bu dəstək ölkəmizin daha mütərəqqi ideyalarla inkişafına, qalib, müzəffər xalq kimi yaşamasına zəmin formalaşdırır. Məhz bu səbəbdən də Azərbaycan xalqı 2003-cü ilin 15 oktyabrı tarixində keçirilmiş seçkilərdə öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına verib. Tarixi reallıq sübut etdi ki, ulu öndər Heydər Əliyev siyasi kursuna əsaslanan dövlət siyasətinin müasir modelinin formalaşmasına nail olan Prezident İlham Əliyev Azərbaycanı böyük uğur və əzmlə idarə edir.

Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan Prezident İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanınır. Eyni zamanda ölkəmizdə gənclərin potensialından səmərəli istifadə olunması müasir, müstəqil Azərbaycanın intensiv inkişafını təmin edən fundamental faktorlardan biridir. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Eyni zamanda bu gün Azərbaycan cəmiyyətində ölkə başçısına sonsuz sevgi mövcuddur. Çünki Prezident daim sadə insanların yanında olur, həyatındakı əlamətdar, sevincli günləri xalqı ilə bölüşür. Ad günlərində Prezident İlham Əliyev adətən sosial obyektlərin açılışında iştirak edir, məcburi köçkünlərlə və şəhid ailələri ilə görüşür. Bu cür əlamətdar günlərində Prezident şəhid ailələri üçün inşa edilmiş yeni evlərin açılışlarında, habelə yeni salınmış köçkün qəsəbələrində insanlarla görüşür. 50 illiyini məcburi köçkünlərlə bərabər Ağcabədidə qeyd edən Prezident, 60 illiyini də Qarabağda – Şuşada keçirib. Bütün bu amillər bir faktı təsdiqləyir ki, İlham Əliyev siyasəti demokratik dəyərlərə sadiqlik, sağlam əməkdaşlıq və siyasi dialoqu özündə birləşdirir.

Eyni zamanda Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar Azərbaycanın dayanaqlı inkişafının səbəbidir: “Sürətlə dəyişən reallıq və müəyyən olunan yeni obyektiv amillər islahatların davamlı aparılmasını vacib vəzifə kimi müəyyən edir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsindəki tarixi Zəfər xalqımızın yaddaşında parlaq iz buraxıb. Müharibənin nəticəsində 300-dən çox şəhər və kənd döyüş meydanında işğaldan azad edildi. Düşmən ağ bayraq qaldırdı, təslim oldu və məcbur oldu ki, noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atsın. Bunun nəticəsində yüzlərlə şəhər və kənd bir güllə atmadan, bir şəhid vermədən geri qaytarıldış Ölkəmizin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası və xalqımızın mədəniyyət beşiyi hesab olunan Şuşanın azad olunması Prezident İlham Əliyevin Zəfər zirvəsidir. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən bir günlük lokal antiterror tədbirləri nəticəsində isə Azərbaycan ərazisində separatizmin kökü birdəfəlik kəsildi.

Ərazilərimizin azad olunmasından dərhal sonra genişmiqyaslı yenidənqurma işlərinə start verilib. Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq sıfırdan yeni şəhər və kəndlər salır. Üç hava limanının inşa olunması, 100 kilometrlərlə dəmir yolunun çəkilməsi regionun logistik simasını tamamilə dəyişdirir.

Artıq Şuşada, Laçında, Cəbrayılda, Zabux və Sus kəndlərində o ərazilərin əsl sahiblərinin geri dönərək əbədi, xoşbəxt, təhlükəsiz yaşayışı təmin edilib. Tarixi şəhərimiz olan Xankəndidə “Qarabağ” Universiteti fəaliyyətə başlayıb.

Sözsüz ki, Azərbaycan Prezident İlham Əliyevin Liderliyi ilə bundan sonra da özünün inkişaf strategiyasına uyğun olaraq bütün hədəflərinə çatacaq.

 

 

Mərdan Cəlilov,

“P-Aqro” MMC-ninSalyan filialının direktoru, sahibkar

 

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031