azturkxeber.az
http://azturkxeber.az

Su təchizatına qoşulmaq istəyirsinizsə, bu videoya baxın

15-10-2026

su-techizatina-qosulmaq-isteyirsinizse-bu-videoya-baxin
Su təchizatına qoşulmaq indi daha asandır.

Azturkxeber.az xəbər verir ki, bunun üçün vətəndaşlar tələb olunan sənədlərlə “ASAN Kommunal” və “ASAN Xidmət” mərkəzlərinə, eləcə də “mygov” platforması üzərindən onlayn müraciət edə bilərlər.

Müraciət zamanı müvafiq sənədlərin tam təqdim olunması prosesin daha operativ aparılmasına imkan verir.

Təqdim olunan sənədlər aidiyyəti üzrə araşdırılır. Texniki imkanlar qiymətləndirilərək qoşulma şərtləri müəyyən edilir.

Tələb olunan prosedurlar tamamlandıqdan sonra su təchizatına qoşulma ilə bağlı növbəti mərhələlər barədə məlumat verilir. Elektron müraciət imkanı vətəndaşların vaxtına qənaət etməyə və xidmətlərdən daha rahat yararlanmağa şərait yaradır.

Su təchizatına qoşulma ilə bağlı daha ətraflı məlumatı təqdim olunan videoçarx vasitəsilə əldə edə bilərsiniz.

https://www.facebook.com/watch/?v=1134762192321203






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031