azturkxeber.az
http://azturkxeber.az

Kayak və kanoeçilərimiz beynəlxalq yarışda 4 medal qazanıblar

15-10-2026

Gürcüstanın Mtsxeta şəhərində təşkil olunan kayak və kanoe üzrə beynəlxalq reqata başa çatıb. “Mtsxeta Şəhəri Günü” münasibətilə keçirilən yarışda Azərbaycan Su İdmanı Federasiyasının idmançıları 4 medala sahib olublar.

Azturkxeber.az xəbər verir ki, Rüstəm Əsgərov və Fəxri Sadıqlı ikinəfərlik kanoe qayığında 200 metr məsafədə üçüncü yer tutublar.

Kayak növündə Yunus Əhmədov təknəfərlik qayıqda, eləcə də gürcüstanlı həmkarı ilə birgə ikinəfərlik qayıqda 200 metr məsafədə gümüş medala layiq görülüb. Eyni kateqoriyada, müxtəlif yaş qrupları üzrə Sənan Cəfərzadə – Tahir Mövsümov cütü də fəxri kürsünün ikinci pilləsinə qalxıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031