azturkxeber.az
http://azturkxeber.az

İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib

15-10-2026

Elm və Təhsil Nazirliyinin sifarişi əsasında Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib.

Azturkxeber.az xəbər verir ki, təmir işləri çərçivəsində gimnaziyada müasir tədris şəraiti yaradılıb. Burada ümumtəhsil, musiqi, təsviri və tətbiqi sənət, teatr və xoreoqrafiya şöbələri fəaliyyət göstərir. Gimnaziya tədris prosesinin təşkili üçün zəruri alət, inventar və digər avadanlıqlarla təmin edilib.

Hazırda gimnaziyada 1214 şagirdin təlim-tərbiyəsi ilə 393 müəllim məşğul olur. Gimnaziyada ümumtəhsil fənləri üzrə sinif otaqları, ixtisas fənlərinin tədrisi üçün müasir fərdi və qrup məşğələ auditoriyaları, eləcə də yaradıcılıq emalatxanaları yaradılıb.

Gimnaziyada şagirdlərə milli və klassik musiqi ilə yanaşı, müxtəlif incəsənət istiqamətləri üzrə bilik və bacarıqlar aşılanır, onların yaradıcılıq potensialının inkişafına şərait yaradılır.

Qeyd edək ki, İncəsənət Gimnaziyasının 8 yetirməsi gənc istedadların “Qızıl kitab”ına daxil edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031