azturkxeber.az
http://azturkxeber.az

Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı

15-10-2026

14–27 oktyabr 2026-cı il tarixlərində Birbank Invest tətbiqi üzərindən “EmbaFinans” BOKT QSC-nin istiqrazlarına abunə yazılışı keçirilir.

Azturkxeber.az xəbər verir ki, istiqrazların illik faiz dərəcəsi 13%, nominal dəyəri 10 AZN, tədavül müddəti isə 12 aydır. Faiz ödənişləri rüblük həyata keçiriləcək. İstiqrazlar sənədsiz, adlı, faizli və təmin edilməmiş formada buraxılır.

Abunə yazılışı müddətində istifadəçilər Birbank Invest tətbiqi vasitəsilə “EmbaFinans” BOKT QSC-nin istiqrazlarını əldə etmək üçün müraciət edə bilərlər.

Qeyd edək ki, Birbank Invest Kapital Bank-ın əmtəə nişanıdır. Tətbiq həm investisiya sahəsində ilk addımlarını atan, həm də təcrübəli investorlar üçün yerli və qlobal maliyyə bazarlarına rahat, sürətli və təhlükəsiz çıxış imkanı yaradır. Xidmət “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC ilə birgə təqdim olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031