azturkxeber.az
http://azturkxeber.az

Azərbaycanın müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib

15-10-2026

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 15-də Qırğız Respublikasında keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib.

İclasda Azərbaycan, Belarus, Qazaxıstan, Rusiya, Tacikistan və Özbəkistanın müdafiə nazirləri, həmçinin MDB Katibliyinin nümayəndələri iştirak ediblər.

Bu barədə Azturkxeber.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, əvvəlcə müdafiə nazirləri İssık-Kul vilayətinin Çolpon-Ata şəhərində yerləşən İkinci Dünya müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış abidənin önünə əklillər qoyaraq, qəhrəmanların xatirəsini ehtiramla yad ediblər. Müdafiə qurumlarının rəhbərləri şəhər mühitinin abadlaşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması və regionunun təbii irsinin qorunub saxlanılması məqsədilə ağaclar əkiblər.

Sonra dövlət bayraqlarının qarşısında rəsmi xatirə fotosu çəkdirilib.

İclasda kollektiv təhlükəsizliyin təmin edilməsi məqsədilə orduların əməliyyat və döyüş hazırlığının təşkili, mühəndis təminatı tapşırıqlarının yerinə yetirilməsində insansız sistemlərin və robototexnika komplekslərinin praktiki tətbiqi, həmçinin hücum və müdafiə zamanı pilotsuz uçuş aparatlarının tətbiqi məsələləri müzakirə olunub. Bununla yanaşı, ordu idmanı sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi və yarışların təşkili, habelə qarşılıqlı maraq doğuran digər mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.

İclasının yekunda 2026-cı il ərzində görülmüş işlərin nəticələri ilə bağlı sənədlər və MDB-yə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının 2027-ci il üçün İş Planı imzalanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031