azturkxeber.az
http://azturkxeber.az

ADY-də ənənəvi qanvermə aksiyası keçirilib

15-10-2026

Dəmir yolu işçilərinin peşə bayramı münasibətilə ADY-də hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə növbəti qanvermə aksiyası keçirilib.

Bu barədə Azturkxeber.az-a ADY-dən məlumat verilib.

Artıq ənənəyə çevrilmiş bu humanist aksiya Respublika Qan Bankı ilə birgə təşkil edilib. Aksiyada ADY-nin müxtəlif struktur bölmələrindən yüzdən çox əməkdaş könüllü iştirak edib.

Respublika Qan Bankının xüsusi tibb briqadasının həkim hemotoloqları tərəfindən donorların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra onlardan qan götürülərək bankın ehtiyat fonduna təhvil verilib.

ADY korporativ sosial məuliyyət çərçivəsində humanitar təşəbbüslərə dəstək verməyə davam edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031