azturkxeber.az
http://azturkxeber.az

Ağdaşda növbəti “Kənddən Şəhərə” yarmarkası təşkil olunub

12-10-2026

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən Ağdaş şəhərində növbəti “Kənddən Şəhərə” yarmarkası təşkil olunub.

Bu barədə Azturkxeber.az-a Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Ağdaş şəhəri, Heydər Əliyev prospekti 4 ünvanında keçirilən yarmarkada Ağdaş Rayon İcra Hakimiyyətinin və “Aqrar Tədarük və Təchizat” ASC-nin məsul şəxsləri iştirak ediblər. Onlara yarmarkanın təşkili, kənd təsərrüfatı və qida məhsullarının satışı barədə məlumat verilib.

Qeyd olunub ki, “Kənddən Şəhərə” yarmarkalarının Ağdaş şəhərində və respublikanın digər regionlarında mütəmadi keçirilməsi nəzərdə tutulur. Bu təşəbbüs yerli istehsalçıların məhsullarını daha geniş auditoriyaya təqdim etməsinə, fermerlərlə istehlakçılar arasında birbaşa əlaqələrin qurulmasına və yerli məhsulların satış imkanlarının genişləndirilməsinə şərait yaradır.

Yarmarkada respublikanın müxtəlif regionlarından olan 45-ə yaxın fermer tərəfindən 50 çeşiddə, ümumilikdə 6 tona yaxın kənd təsərrüfatı və qida məhsulunun satışı həyata keçirilib. Yarmarkada fermerlər piştaxta, tərəzi və digər zəruri avadanlıqlarla ödənişsiz təmin olunublar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031