Milli Məclisin sədri Sahibə Qafarova PAİ-nin 153-cü Assambleyasının açılış mərasimində iştirak edib


Tanzaniya Birləşmiş Respublikasının Aruşa şəhərində Parlamentlərarası İttifaqın 153-cü Assambleyasının açılış mərasimi keçirilib.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Milli Məclisin sədri Sahibə Qafarova mərasimdə iştirak edib.
Tədbirdə Tanzaniyanın Baş naziri Mviqula Nçemba, parlamentin sədri Mussa Zungu, Parlamentlərarası İttifaqın Prezidenti Tulia Akson və təşkilatın Baş katibi Anda Filip çıxış edərək keçiriləcək müzakirələrin aktuallığı barədə fikirlərini bildiriblər. Açılış mərasimində müasir beynəlxalq münasibətlər sistemində milli parlamentlər arasında əməkdaşlığın əhəmiyyəti, o cümlədən Parlamentlərarası İttifaqın fəaliyyəti haqqında da danışılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: