azturkxeber.az
http://azturkxeber.az

Kapital Bank nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib

05-10-2026

Kapital Bank dünyanın aparıcı maliyyə institutlarını, texnologiya şirkətlərini və digər maliyyə bazarı iştirakçılarını bir araya gətirən “Sibos 2026” beynəlxalq konfransında iştirak edib. Bankın nümayəndələri tədbir çərçivəsində beynəlxalq tərəfdaşlarla 30-dan çox işgüzar görüş keçiriblər.

Azturkxeber.az xəbər verir ki, ilk dəfə Mayami şəhərində keçirilən konfransın əsas mövzusu “Digital finance for AI-driven economies” (“Süni intellekt əsaslı iqtisadiyyatlar üçün rəqəmsal maliyyə”) olub. Dörd gün davam edən tədbirdə “Süni intellekt və innovasiyalar”, “Ödənişlər”, “Ticarətin maliyyələşdirilməsi”, “Rəqəmsal aktivlər”, “Kibertəhlükəsizlik”, “Məlumatların idarə edilməsi” və “Maliyyə sektorunda dayanıqlılıq” kimi mövzular müzakirə edilib.

Kapital Bank nümayəndələrinin keçirdiyi görüşlər beynəlxalq tərəfdaşlarla əlaqələrin inkişaf etdirilməsi və yeni əməkdaşlıq imkanlarının müzakirəsi baxımından əhəmiyyət daşıyıb. “Sibos” kimi qlobal platformalar banklara beynəlxalq maliyyə sektorundakı yenilikləri yaxından izləmək, tərəfdaşlarla fikir mübadiləsi aparmaq və gələcək əməkdaşlıq istiqamətlərini müəyyənləşdirmək imkanı yaradır.

Kapital Bank beynəlxalq maliyyə platformalarında iştirakı və tərəfdaşlıq əlaqələrinin inkişafı vasitəsilə müştərilərinə təqdim etdiyi xidmət və imkanları genişləndirməyə yönəlmiş fəaliyyətini davam etdirir.

Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 116 filialı, 51 şöbəsi və 13 Rəqəmsal Mərkəzi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti və Birbank kartı sifarişlərinizi onlayn formada həyata keçirə bilərsiniz.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031