“Dayə” ixtisası üzrə peşə kursu keçən müdavimlər üçün əməyin mühafizəsi üzrə təlim keçirilib



Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialının təşkilatçılığı ilə Naxçıvan Regional Peşə Hazırlığı Mərkəzində növbəti maarifləndirmə təlimi keçirilib.
Azturkxeber.az xəbər verir ki, “Dayə” ixtisası üzrə peşə kursu keçən müdavimlər üçün təşkil edilən təlim “Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğın, elektrik təhlükəsizliyi, istehsalatda bədbəxt hadisələr və işçilərin icbari sığorta olunması və ilk yardım” mövzusuna həsr olunub.
Təlimdə 1 təlimçi və 18 müdavim olmaqla ümumilikdə 19 nəfər iştirak edib.
İştirakçılara əməyin mühafizəsinin əsas prinsipləri, elektrik və yanğın təhlükəsizliyi qaydaları, iş prosesində yarana biləcək təhlükələrin qarşısının alınması, eləcə də bədbəxt hadisələr zamanı ilkin yardımın düzgün və operativ şəkildə göstərilməsi barədə məlumat verilib.
Sonda mövzular ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: