Sığorta olunanların uçotu və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta ilə bağlı yeni Qaydalar təsdiq olunub

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yeni Qərarı ilə:
· “Sığortalıların təqdim etdiyi məlumatlar əsasında sığorta olunanların və sığortalıların sığortaçıda uçotu Qaydası";
· “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 2-1.1-ci maddəsində nəzərdə tutulan sığorta olunanlara münasibətdə sığorta məbləğinin müəyyənləşdirilməsi Qaydası";
· “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 2-1.1-ci maddəsində nəzərdə tutulan sığorta olunanların icbari sığortası üzrə sığorta ödənişinin məbləği və verilməsi Qaydası";
“Sığorta vəsaitindən, o cümlədən sığorta ehtiyatı fondundan istifadə Qaydası”
təsdiq edilib.
Müvafiq Qaydaya əsasən sığorta olunanların və sığortalıların sığortaçıda uçotu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) vasitəsilə təşkil edilir.
Yeni Qaydaya görə sığorta olunanların “MyGov” platformasında olan şəxsi kabinetində özləri barəsində uçot məlumatlarını yoxlamaq imkanı yaradılır.
Digər müvafiq Qayda ilə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə (Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulan sığorta olunanlara münasibətdə) sığorta məbləğinin hesablanması üçün düstur müəyyənləşdirilib. Belə ki, sığorta məbləği hər bir sığorta olunan üçün onun yaşı, birillik əməkhaqqı fondu və digər meyarlar nəzərə alınmaqla hesablanır.
Qaydada müvafiq sığorta ödənişinin təyin edilməsi üçün tələb olunan sənədlər, müraciət prosedurları, habelə sığorta ödənişinin məbləğinin hesablanması, aylıq sığorta ödənişinin dayandırılması, yenidən hesablanması halları da əksini tapıb.
Qaydaya əsasən barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan sığorta olunanlar istisna olmaqla, digər sığorta olunanlara sığorta ödənişinin verilməsi ilə bağlı xidmətlər ƏMAS vasitəsilə göstərilir.
Digər müvafiq Qayda isə qeyd olunan sığorta vəsaitinin formalaşma mənbələri, sığorta ehtiyatı fonduna ayrılacaq vəsaitin həcmi və həmin vəsaitlərdən istifadə mexanizmlərinin tənzimlənməsini nəzərdə tutur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: