azturkxeber.az
http://azturkxeber.az

Çoxgünlük ötüşmələr üzrə ölkə çempionatı başa çatıb

15-09-2026

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə İsmayıllı rayonunda keçirilən çoxgünlük ötüşmələr üzrə ölkə çempionatına yekun vurulub. Qaliblər 3 yarış gününün nəticələrinə əsasən müəyyənləşib.

Azturkxeber.az xəbər verir ki, iştirakçılar mövsümün şose velosipedi üzrə sonuncu daxili yarışının 1-ci və 3-cü günlərində qrup ötüşməsi, 2-ci günündə isə fərdi ötüşmə növü üzrə mübarizə aparıblar.

Ümumi təsnifatda Elit/U23 yaş kateqoriyasında Şahin Eyvazov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Nofəl Nuriyev 2-ci, Əli Qurbanov 3-cü yeri tutub (hər üçü “AE Cycling School”).

Gənclər kateqoriyasında Nihad Xudoyev (ROEQIUGVM) Azərbaycan çempionu olub. Murad Nadirov (Təhsil) və Həsən Zeynalov (ROEQIUGVM) müvafiq olaraq 2-3-cü nəticə göstəriblər.

U17 yaş kateqoriyasında Ümid İsmayılov qızıl, İlkin Sadıqzadə gümüş medal qazanıb (hər ikisi Təhsil). Əli Zeynalzadə (ROEQIUGVM) bürünclə kifayətlənib.

U15 yaş kateqoriyasında Emil Abbasov (AE Cycling School) 3 yarış gününün yekununda ən yaxşı nəticə göstərib. İsmayıl Xankişiyev və Mirəli Miryəhyayev (hər ikisi ROEQIUGVM) isə ilk üçlüyü tamamlayıblar.

Fərqlənən velosipedçilər Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped İdmani Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif ediliblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2026    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930