azturkxeber.az
http://azturkxeber.az

Yanvar-avqust ayları ərzində gecikdirilmiş 24 157,48 manat vəsaitin işçilərə ödənilməsi təmin olunub

14-09-2026

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən 2026-cı ilin yanvar-avqust ayları ərzində əmək münasibətləri üzrə daxil olan müraciətlərə baxılarkən işəgötürənlər tərəfindən işçilərə 22 671,48 manat əməkhaqqı, 1 486 manat isə zərərə görə ödənc, müavinət və kompensasiya olmaqla ümumilikdə 24 157.48 manat məbləğində gecikdirilmiş ödəmənin təmin edildiyi müəyyənləşdirilib.

Bu barədə Azturkxeber.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, görülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilərkən, qeyd olunan vəsaitin 94 faizi əmək haqqı, 6 faizi digər ödəmələrdən ibarət olub.

Həmçinin müraciətlərin araşdırılması zamanı əmək müqavilələrinə əmək qanunvericiliyinin tələbləri pozulmaqla xitam verildiyi müəyyən edilmiş 3 işçi əvvəlki işinə bərpa olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2026    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930