azturkxeber.az
http://azturkxeber.az

Respublika Olimpiya İdman Liseyinin cüdo bölməsinə qəbul imtahanı keçirilib

20-08-2026

Cüdo üzrə milli komandaların Təlim-Məşq Mərkəzində təşkil olunan imtahanda V–XI siniflər üzrə 40 şagird iştirak edib.

Azturkxeber.az xəbər verir ki, imtahan Azərbaycan Cüdo Federasiyasının Təhsil şöbəsinin mütəxəssisləri tərəfindən aparılıb.

Qəbul prosesi fiziki və texniki hazırlıq olmaqla iki mərhələdən ibarət olub. Hər iki mərhələdə “məqbul” nəticə göstərən 20 nəfər liseyin cüdo bölməsinə qəbul edilib.

Qeyd edək ki, növbəti qəbul imtahanı avqustun 27-də keçiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2026    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31