Abşeron rayonunda 6 avtomobil və iki marketi talayan şəxs saxlanılıb

Abşeron rayonunda müxtəlif vaxtlarda 6 avtomobildən pul vəsaitləri, mobil telefonlar, səsgücləndiricilər və digər qiymətli əşyalar oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azturkxeber.az-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 32 yaşlı C.Mikayılov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun rayon ərazisində yerləşən iki marketdən oğurluq etdiyi də məlum olub.
Qeyd edilən faktlarla bağlı araşdırmalar davam etdirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: