azturkxeber.az
http://azturkxeber.az

Bakıda oğurluq və quldurluq edən şəxslər saxlanılıblar

04-09-2025

Bakıda oğurluq və quldurluq edən şəxslər saxlanılıblar

Paytaxtın Xəzər rayonunda talama cinayətləri qeydə alınıb. Türkan qəsəbəsində müxtəlif vaxtlarda iki marketdən 75 manat və ödəmə terminalı oğurlanıb. Bu barədə zərərçəkən şəxslər polisə məlumat veriblər.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 1-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən 29 yaşlı A.Əliyev saxlanılıb.

Nizami Rayon Polis İdarəsinin 25-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı isə marketdən 1200 manat dəyərində lotereya biletləri oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 37 yaşlı R. Piriyev tutulub.

Həmçinin Nəsimi rayonunda polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı paytaxt sakininə hədə-qorxu gələrək pulunu ələ keçirməkdə şübhəli bilinən 26 yaşlı L. Qəhrəmanova saxlanılıb.

Nərimanov və Binəqədi rayonlarında isə iki nəfərə məxsus ümumilikdə 3 min 500 manat dəyərində moped və mobil telefon oğurlanması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən B. Hənifəyev və N. Abdullayev saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930