“Ziraat Bank Azərbaycan” “Sumqayıt Bulvar Residence” layihəsi üzrə partnyor daşınmaz əmlak kreditini təqdim edir
“Ziraat Bank Azərbaycan” “Sumqayıt Bulvar Residence” layihəsi çərçivəsində mənzil almaq istəyən müştərilər üçün partnyor daşınmaz əmlak kreditini təqdim edib.
Məhsul çərçivəsində müştərilər 20 faiz ilkin ödəniş, 10 ilədək kredit müddəti və 12 faiz illik faiz dərəcəsi ilə mənzil əldə etmək imkanından yararlana bilərlər. Kredit ilə bağlı Azərbaycan Respublikası vətəndaşları, daimi və ya müvəqqəti yaşama icazəsi olan xarici ölkə vətəndaşları (məhsul şərtlərinə uyğun olaraq) müraciət edə bilərlər. Müştərilər krediti əldə etmək üçün bankın istənilən filialına yaxınlaşa bilərlər.
“Ziraat Bank Azərbaycan” ASC 162 illik tarixə malik Türkiyə Respublikasının “Ziraat Maliyyə Qrupu”nun üzvüdür. Bank Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul və xidmətləri Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən 11 filialı və Quba şəhərində yerləşən 1 şöbəsi ilə yanaşı, rəqəmsal platformalar üzərindən də müştərilərə xidmət göstərir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı bankın “Instagram”, “X-platforması”, “Linkedin”, “YouTube” sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: