Zinəddin Zidan Fransa millisinin baş məşqçisi təyin olunub
Futbol üzrə Fransa millisinin yeni baş məşqçisi müəyyənləşib.
Bu barədə Fransa Futbol Federasiyası məlumat yayıb.
Bildirilib ki, 54 yaşlı mütəxəssislə 4 illik müqavilə imzalanıb. O, bu vəzifədə 2012-ci ildən yığmanı çalışdıran Didye Deşamı əvəzləyib.
Zinəddin Zidan 5 illik fasilədən sonra yenidən məşqçi fəaliyyətinə qayıdıb. O, son olaraq İspaniyanın "Real Madrid" klubuna rəhbərlik edib. Fransalı mütəxəssis Madrid təmsilçisi ilə 11 titul qazanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: