Qəhrəmanların Yazdığı Tarix – 12 İyul Tovuz Döyüşləri

12 iyul 2020-ci il Azərbaycan tarixində qəhrəmanlıq, qürur və fədakarlıq salnaməsi kimi əbədi yaşayacaq.
Tovuz döyüşlərində şəhid olan qəhrəmanlarımız təkcə Vətənin sərhədlərini deyil, xalqımızın milli qürurunu, birliyini və gələcəyə inamını da qorudular. Onların göstərdiyi misilsiz igidlik Azərbaycanın haqq mübarizəsini daha da gücləndirdi, Ordumuzun sarsılmaz iradəsini bütün dünyaya nümayiş etdirdi və bizi tarixi Zəfərə aparan yolun ən mühüm mərhələlərindən birinə çevrildi.
Bu müqəddəs yolun önündə gedən General-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və onların silahdaşları ömürlərini Vətənə qurban verərək əbədi qəhrəmanlıq zirvəsinə yüksəldilər. Onların adı xalqımızın yaddaşında cəsarətin, vətən sevgisinin və fədakarlığın rəmzi kimi daim yaşayacaq.
Bu gün Tovuz döyüşlərinin bütün qəhrəman şəhidlərini dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə anırıq. Ruhunuz şad olsun! Azərbaycan Sizi heç vaxt unutmayacaq.
Araz Əsgərli, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının mətbuat katibi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: