U-20 qadın basketbol millimiz Rumıniyanı məğlub etdi

Azərbaycanın 20 yaşadək qadın basketbolçulardan ibarət milli komandası Bolqarıstanın Samokov şəhərində keçirilən Avropa çempionatının B divizionunda növbəti oyununu keçirib.
Azturkxeber.az xəbər verir ki, Milli komanda 9–14-cü yerlər uğrunda təsnifat mərhələsində Rumıniya yığması ilə qarşılaşıb. Görüş Azərbaycan millisinin 64:50 hesablı qələbəsi ilə başa çatıb.
Yığmamız turnirdə son oyununu iyulun 12-də Bakı vaxtı ilə saat 19:00-da İsveçrə seçməsinə qarşı keçirəcək. Komandamız bu görüşdə qalib gələcəyi təqdirdə, Avropa çempionatını 10-cu pillədə başa vuracaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: