azturkxeber.az
http://azturkxeber.az

Millət vəkili Arzu Nağıyev Tovuzun Qovlar şəhərində vətəndaş qəbulu keçirib

11-07-2026



105 saylı Tovuz–Gədəbəy seçki dairəsi üzrə Milli Məclisin deputatı Arzu Nağıyev iyulun 11-də Tovuz rayonunun Qovlar şəhərində vətəndaş qəbulu keçirib.

Azturkxeber.az-ın məlumatına görə, qəbul zamanı vətəndaşların müraciətləri əsasən sosial təminat, məşğulluq, mənzil və digər məsələləri əhatə edib.

Vətəndaşların müraciətlərini dinləyən deputat qaldırılan məsələlərin aidiyyəti dövlət qurumları qarşısında qaldırılacağını, onların həlli istiqamətində zəruri tədbirlərin görülməsi üçün müvafiq addımlar atacağını bildirib.

Qeyd olunub ki, vətəndaş məmnuniyyətinin təmin edilməsi məqsədilə bölgələrdə vətəndaş qəbulları mütəmadi olaraq davam etdiriləcək.

Növbəti qəbulların vaxtı və keçirilməsi barədə məlumatları Milli Məclisin rəsmi internet saytından izləmək mümkündür.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031