azturkxeber.az
http://azturkxeber.az

Qəbələdə “Karyera quruculuğunda süni intellekt bələdçisi”nin elektron versiyası təqdim olunub

10-07-2026

Qəbələdə təşkil olunan “Gənclərin Gələcəyinə İstiqamət” Forumunda gənclərin karyera planlaması, rəqəmsal bacarıqların inkişafı və süni intellektin yaratdığı yeni imkanlar müzakirə edilib.

Azturkxeber.az xəbər verir ki, forumun açılışında Gənclərin İnkişaf və Karyera Mərkəzinin Dağlıq Şirvan regional nümayəndəliyinin Qəbələ bölməsi tərəfindən hazırlanmış “Karyera quruculuğunda süni intellekt bələdçisi”nin elektron versiyasının təqdimatı keçirilib.

Orxan Musayevin moderatorluğu ilə təşkil olunan panel müzakirələrində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Dağlıq Şirvan regional nümayəndəliyinin koordinatoru Coşqun İsmayılov, Dağlıq Qarabağ regional nümayəndəliyinin koordinatoru Pərvin Əhmədova, Lənkəran–Astara regional nümayəndəliyinin Masallı bölməsinin rəhbəri Orxan Əliyev və Qəbələ bölməsinin rəhbəri Teymur Alşanov çıxış edərək gənclərin inkişafı, karyera planlaması, rəqəmsal bacarıqların artırılması və süni intellektin əmək bazarına təsiri ilə bağlı fikirlərini iştirakçılarla bölüşüblər.

Tədbirdə, həmçinin Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin Təhsilalanlarla iş şöbəsinin müdiri Əhməd Əhmədli rəhbərlik etdiyi təhsil müəssisəsinin fəaliyyəti, ixtisas seçimləri, təhsil imkanları və qəbul qaydaları barədə ətraflı məlumat verib.

Forum çərçivəsində iştirakçılar beynəlxalq təhsil və inkişaf proqramları, düzgün ixtisas və karyera seçimi, həyati bacarıqların formalaşdırılması, eləcə də süni intellekt dövründə rəqəmsal səriştələrin inkişaf etdirilməsi mövzularında məlumatlandırılıblar. Tədbir gənclər arasında fikir mübadiləsinin aparılması və yeni əməkdaşlıq əlaqələrinin qurulması baxımından da faydalı platforma olub.

Qeyd edək ki, forum Gənclərin İnkişaf və Karyera Mərkəzinin Dağlıq Şirvan regional nümayəndəliyinin Qəbələ bölməsinin təşkilatçılığı, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və Qəbələ regional “ASAN xidmət” mərkəzinin tərəfdaşlığı ilə keçirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031