azturkxeber.az
http://azturkxeber.az

Ombudsman Səbinə Əliyeva "İki sahil" qəzetinin 35 illik yubileyi münasibətilə Vüqar Rəhimzadəni təbrik edib

10-07-2026

"İki sahil" qəzetinin baş redaktoru cənab Vüqar Rəhimzadəyə

Hörmətli Vüqar müəllim,

Sizi və rəhbərlik etdiyiniz "İki sahil" qəzetinin kollektivini qəzetin yaradılmasının 35 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları, kollektivinizin bütün üzvlərinə isə fəaliyyətlərində davamlı nailiyyətlər arzulayıram.

Ötən illər ərzində "İki sahil" qəzeti ölkəmizin ictimai-siyasi həyatında baş verən hadisələrin işıqlandırılmasında və oxucuların operativ məlumatlandırılmasında özünəməxsus yer tutmuşdur. Qəzetin milli mətbuat ənənələrinin qorunmasına və cəmiyyətin məlumatlandırılmasına verdiyi töhfələr təqdirəlayiqdir.

İnsan hüquq və azadlıqlarının təşviqi və müdafiəsi sahəsində həyata keçirilən fəaliyyətin ictimaiyyətə çatdırılmasında media mühüm rol oynayır. Bu baxımdan, rəhbərlik etdiyiniz qəzetin Ombudsman təsisatının fəaliyyəti və insan hüquqlarına dair təşəbbüslərin işıqlandırılmasına göstərdiyi diqqəti yüksək qiymətləndirir, əməkdaşlığımızın gələcəkdə də uğurla davam edəcəyinə inanıram.

Bu əlamətdar yubiley münasibətilə Sizi və kollektivinizi bir daha təbrik edir, fəaliyyətinizdə uğurlar, qəzetinizə isə davamlı inkişaf və yeni nailiyyətlər arzulayıram.

Hörmətlə,

Səbinə Əliyeva

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031