"Neftçi" İspaniyada Kaseres mərhələsinin yarımfinalına vəsiqə qazanıb.

10 iyul 3x3 basketbol üzrə Dünya Qadın Seriyasında Kaseres (İspaniya) mərhələsinin ikinci oyun gününün görüşləri keçirilib.
Azturkxeber.az xəbər verir ki, ölkəmizi bu mərhələdə təmsil edən "Neftçi" klubu 1/4 final oyununda yerli İspaniya millisinə 16:15 hesabı ilə qalib gəlib və yarımfinala vəsiqə qazanıb. Qeyd edək ki, "Neftçi" klubu yarımfinalda Latviya seçməsi ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 23:40-da baş tutacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: