azturkxeber.az
http://azturkxeber.az

“İdarəetmə Akademik kursu”nun buraxılış mərasimi olub

10-07-2026

Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunda “İdarəetmə Akademik kursu”nun 1-ci buraxılışına həsr olunmuş mərasim keçirilib.

Müdafiə Nazirliyindən bildirilib ki, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.

Sonra Azərbaycan Respublikasının ordu quruculuğu sahəsində misilsiz xidmətləri olan Ulu Öndər Heydər Əliyevin fəaliyyətinə həsr olunmuş qısametrajlı film nümayiş etdirilib.

Tədbirdə çıxış edən MMU-nun rektoru general-mayor Gündüz Əbdülov məzunları Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra Hərbi İdarəetmə İnstitutunun rektoru polkovnik Elnur Ələsgərli tədbir iştirakçılarına kursun məqsədi, fəaliyyəti, vəzifələri, namizədlərin seçimi və tədris prosesi barədə geniş məlumat verib.

Rektor tədris prosesində göstərilən dəstəyə görə Müdafiə Nazirliyi və Milli Müdafiə Universitetinin rəhbərliyinə təşəkkürünü bildirib.

Məzunlar adından çıxış edən kurs birincisi polkovnik-leytenant Rauf Səfərov yaradılan şəraitə, kursun yüksək səviyyədə təşkili və keçirilməsinə görə Milli Müdafiə Universitetinin və Hərbi İdarəetmə İnstitutunun rəhbərliyinə, həmçinin professor-müəllim heyətinə minnətdarlığını bildirib.

Buraxılış mərasiminin proqramına uyğun olaraq general-mayor G.Əbdülov kursu birinciliklə bitirən hərbi qulluqçuya sertifikat, fəxri fərman və qiymətli hədiyyə təqdim edib.

Tədbir rəmzi yaş kötüyünə emblemin vurulması, məzunlara sertifikatların və döş nişanların təqdim edilməsi ilə başa çatıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031