azturkxeber.az
http://azturkxeber.az

Azərbaycanın qadınlardan ibarət Birləşmiş Futbol yığması Paris-2026 Dünya Kubokunun çempionu oldu

10-07-2026

Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin qadınlardan ibarət Birləşmiş Futbol yığma komandası “Xüsusi Olimpiya Birləşmiş Futbol Dünya Kuboku Paris 2026” turnirinin çempionu oldu!

Azturkxeber.az xəbər verir ki, “Xüsusi Olimpiya Birləşmiş Futbol Dünya Kuboku Paris 2026” turnirinin final oyunu baş tutub. Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin qadınlardan ibarət Birləşmiş Futbol yığma komandası finalda Amerika Birləşmiş Ştatlarının Xüsusi Olimpiya milli komandası ilə mübarizə aparıb.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən oyunda yığmamız 3:2 hesabı ilə qələbə qazanaraq “Xüsusi Olimpiya Birləşmiş Futbol Dünya Kuboku Paris 2026” turnirinin çempionu adına layiq görülüb.

Bu möhtəşəm uğur münasibətilə idmançılarımızı, məşqçilərimizi və nümayəndə heyətimizi ürəkdən təbrik edir, onlara gələcək yarışlarda da yeni-yeni qələbələr arzulayırıq!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031