DİN: Bir gündə 72 cinayət qeydə alınıb, 93 cinayətin açılması təmin edilib

İyulun 7-də ölkə ərazisində qeydə alınan 72 cinayət, həmçinin əvvəlki dövrlərdən bağlı qalan 21 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib.
Azturkxeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, axtarışda olduqlarına görə ümumilikdə 85 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 56 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Eyni zamanda, narkotiklərlə əlaqəli 34, qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi ilə bağlı isə 18 fakt müəyyən olunub.
Məlumata görə, cinayət törətməkdə şübhəli bilinən 63 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: