azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan Hava Yolları və “Sea Breeze” birgə lotereya kampaniyasına başlayır

08-07-2026

8 iyul 2026-cı il, Bakı – Azərbaycan Hava Yolları və “Sea Breeze” sərnişinlər üçün yeni lotereya kampaniyasına start verir. “Səma və dəniz” adlı lotereya çərçivəsində AZAL Miles loyallıq proqramının iştirakçıları müxtəlif hədiyyələr, o cümlədən “Sea Breeze”də mənzil qazanmaq imkanı əldə edəcəklər.

Azturkxeber.az-ın məlumatına görə, kampaniya 8 iyul–8 sentyabr 2026-cı il tarixlərini əhatə edir. Lotereyanın yekun tirajı isə 28 sentyabr 2026-cı il tarixində keçiriləcək.

Lotereyada iştirak etmək üçün sərnişinlərin AZAL Miles loyallıq proqramının üzvü olması və şəxsi kabinetdə yerləşdirilmiş xüsusi bölmədə kampaniyanın şərtləri ilə tanış olaraq iştiraklarını təsdiqləmələri kifayətdir.

İştirakçılar kampaniya müddətində müxtəlif əməliyyatlar həyata keçirərək lotereyada iştirak üçün şanslar əldə edə bilərlər. Bu şanslar AZAL Miles proqramına qoşulmaq, uçuş milləri toplamaq və ya istifadə etmək, eləcə də AZAL Miles nömrəsi ilə aviabilet almaq kimi fəaliyyətlərə görə verilir. Toplanan bütün şanslar iştirakçının şəxsi kabinetində yaradılmış xüsusi lotereya səhifəsində elektron şəkildə əks olunur.

Lotereya çərçivəsində ümumilikdə 100 qalib elektron qaydada təsadüfi seçim əsasında müəyyən ediləcək və nəticələr Azərbaycan Hava Yollarının rəsmi kommunikasiya kanalları vasitəsilə elan olunacaq. Qalib iştirakçılarla əlavə olaraq telefon zəngi və ya elektron bildiriş vasitəsilə əlaqə saxlanılacaq.

Stimullaşdırıcı lotereyada iştirak şərtləri və uduş fonduna daxil olan hədiyyələr ilə AZAL Miles şəxsi kabinetində tanış olmaq mümkündür.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031