azturkxeber.az
http://azturkxeber.az

Araz Əsgərli: "Mirzə Əsgərovun xatirəsinə göstərilən ehtiram ailəmiz üçün böyük mənəvi dəyərdir"

08-07-2026

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Ombudsman Aparatının mətbuat katibi Araz Əsgərli tanınmış jurnalist Mirzə Əsgərovun anadan olmasının 70 illiyi münasibətilə keçirilən yubiley tədbiri ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Azturkxeber.az paylaşımı təqdim edir.

Araz Əsgərli bildirib ki, Azərbaycan Mətbuat Şurasında keçirilən “Həqiqətin keşiyində bir ömür” adlı yubiley tədbiri və Mirzə Əsgərovun həyat və fəaliyyətinə həsr olunmuş məqalə ailələri üçün böyük mənəvi dəyər daşıyır.

O qeyd edib ki, sözügedən yazı təkcə bir ömür yolunun xronikası deyil, həm də həqiqətə sədaqətin, peşəkarlığın, dövlətçilik mövqeyinin və jurnalist məsuliyyətinin yüksək qiymətləndirilməsinin ifadəsidir.

Araz Əsgərli vurğulayıb ki, atası haqqında Ulu Öndər Heydər Əliyevin söylədiyi yüksək qiymətləndirmə ailələri üçün dəyişməz mənəvi irs, sonsuz qürur və böyük məsuliyyət mənbəyidir.

Paylaşımda, həmçinin Azərbaycan dövlətinin peşəkar jurnalist əməyinə verdiyi yüksək dəyərdən bəhs olunub. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin jurnalistlər üçün inşa edilmiş ilk yaşayış binasında mənzilin açarını ailələrinə şəxsən təqdim etməsi onların həyatında unudulmaz hadisələrdən biri olub. Qeyd edilib ki, həmin tədbirdə onlara təqdim olunacaq mükafat barədə əvvəlcədən məlumat verilməyib və bu diqqət ailələri tərəfindən dövlətin Mirzə Əsgərovun xidmətlərinə verdiyi yüksək qiymətin səmimi təzahürü kimi qəbul edilib.

Araz Əsgərli qeyd edib ki, Mirzə Əsgərovun 70 illiyi münasibətilə xatirəsinin ehtiramla yad olunması həqiqətə və Vətənə xidmət edən insanların əməyinin zaman keçdikcə unudulmadığını bir daha təsdiqləyir.

O, yubiley tədbirinin təşkilinə və Mirzə Əsgərovun irsinin yaşadılmasına görə Azərbaycan Mətbuat Şurasına, Mətbuat Şurasının sədri Rəşad Məcidə, eləcə də “Tusi” Xeyriyyə Cəmiyyətinin İdarə Heyətinin sədri Yəhya Babanlıya təşəkkürünü ifadə edib.

Paylaşımının sonunda Araz Əsgərli atasının əziz xatirəsini ehtiramla anaraq bildirib ki, onun ailəsinə miras qoyduğu ən böyük sərvət şərəflə yaşanmış ömrü, adı və əqidəsidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031