Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentin 7 iyul 2026-cı il tarixli iclasında çıxışı

Hörmətli həmkarlar!
Bildiyiniz kimi, Milli Məclis sədrinin başçılığı ilə Azərbaycan Respublikasının nümayəndə heyəti iyulun 3-də İran İslam Respublikasında səfərdə olmuşdur. Səfərdə məqsəd İranın mərhum Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin vida mərasimində iştirak etmək idi.
Mən İran İslam Respublikasının prezidenti cənab Məsud Pezeşkian, İslam Şurası Məclisinin sədri cənab Məhəmməd Baqer Qalibaf və digər rəsmilərlə görüşdüm.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin adından başsağlığı ifadə etdim, Azərbaycan xalqının dərin hüzn və ehtiramını İran xalqına çatdırdım.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: