azturkxeber.az
http://azturkxeber.az

Milli Məclisin Daxili Nizamnaməsi təsdiqlənib

07-07-2026

Milli Məclisin Daxili Nizamnaməsi təsdiqlənib

Parlament “Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “İctimai iştirakçılıq haqqında” və “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini üçüncü oxunuşda təsdiqləyib.

Azturkxeber.az xəbər verir ki, bu məsələ parlamenti iyulun 7-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

"Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi"nə və "İctimai iştirakçılıq haqqında" Qanuna təklif edilən dəyişikliklər ictimai dinləmə və müzakirənin təşkili prosesinin Elektron Hökumət İnformasiya Sistemi üzərindən də həyata keçirilməsinin qanunvericilik əsaslarının yaradılmasını özündə ehtiva edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031