azturkxeber.az
http://azturkxeber.az

Yunanıstan səfiri ilə görüş keçirilib

06-07-2026

Yunanıstan səfiri ilə keçirilən görüşdə iki ölkənin biznes dairələri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.

Azturkxeber.az xəbər verir ki, ixracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da Yunanıstanın Azərbaycandakı səfiri xanım Maria Papakonstantinou ilə görüş keçirilib.

Görüş zamanı AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Agentliyin fəaliyyət istiqamətləri, eləcə də Azərbaycan və Yunanıstan arasında mövcud iqtisadi əlaqələr barədə məlumat verib. Bu çərçivədə cari ilin sentyabr ayında keçirilməsi planlaşdırılan Yunanıstan-Azərbaycan biznes forumunun təşkili ilə bağlı məsələlər də müzakirə olunub.

Tərəflər turizm, kənd təsərrüfatı, qida sənayesi, süni intellekt, rəqəmsal texnologiyalar və yaşıl enerji sahələrində mümkün əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparıblar. Görüşdə cari ilin sentyabr ayında keçirilməsi planlaşdırılan 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu barədə məlumat verilib, forumun beynəlxalq tərəfdaşlarla əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyəti diqqətə çatdırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031