Azərbaycanda süni intellektlə hazırlanan ilk tarixi sənədli film “Uzun Həsən” - VİDEO


AzTV-də tezliklə yayımlanacaq “Uzun Həsən” tarixi filminin yeni anonsu yayımlanıb.
Azturkxeber.az-ın məlumatına görə, ekran əsəri Ağqoyunlu hökmdarı Uzun Həsənin hakimiyyət dövrünü, həyat yolunu və hərbi uğurlarını əks etdirir. Filmdə həmçinin Sara Xatunun siyasi fəaliyyəti və dövlətçilik rolu da təqdim olunur.
Qeyd edək ki, “Uzun Həsən” Azərbaycan televiziya məkanında tam süni zəka texnologiyası ilə hazırlanmış ilk tarixi sənədli filmdir.
Linkə keçid edərək videoçarxı izləyə bilərsiniz: https://youtu.be/Xvd1DCxJu_E
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: