“Abşeron” sağlamlıq və istirahət mərkəzinin ərazisində ekoloji aksiya
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) “Abşeron” sağlamlıq və istirahət mərkəzinin ərazisində abadlıq və yaşıllığın qorunması aksiyası keçirilib.
Bu barədə AHİK-dən məlumat verilib.
AHİK-in və üzv təşkilatlarının əməkdaşlarının iştirak etdiyi aksiya IDEA İctimai Birliyinin ətraf mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması və ekoloji maarifləndirmə sahəsində reallaşdırdığı təşəbbüslərə töhfə vermək, sağlamlıq və istirahət mərkəzlərinin təbii mühitinin qorunması, qonaqlar üçün daha yaxşı şərait yaratmaq məqsədilə təşkil olunub.
Aksiya çərçivəsində sağlamlıq mərkəzinin ərazisində abadlıq işləri görülüb, yaşıllıq sahələrinə qulluq göstərilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:














