azturkxeber.az
http://azturkxeber.az

Qəbələdə xidmətdə fərqlənən polis əməkdaşları mükafatlandırılıb

03-07-2026

Azərbaycan polisinin yaranmasının 108-ci ildönümü ilə əlaqədar Qəbələ rayonunda tədbir keçirilib.

Bu barədə Qəbələ Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək üzərinə tər güllər düzüblər, Ümummilli Liderə dərin ehtiramlarını bildiriblər.

Tədbir daha sonra rayon polis şöbəsində davam edib. Tədbiri giriş sözü ilə açan Qəbələ Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Fəxrəddin Abbasov əlamətdar gün münasibətilə şəxsi heyəti təbrik edib, Azərbaycan polisinin keçdiyi tarixi yol haqqında məlumat verib, Ulu Öndər Heydər Əliyevin polis orqanlarına göstərdiyi diqqət və qayğıdan danışıb, bu ənənənin bu gün ölkə rəhbərliyi tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev daxili işlər orqanlarının təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, sıralarının saflaşdırılması, peşəkar kadrların irəli çəkilməsi ilə bağlı önəmli qərarlar qəbul edildiyini vurğulayıb, Prezident İlham Əliyevin həyata keçirdiyi hərtərəfli islahatlar nəticəsində daxili işlər orqanlarının da müasirləşdirildiyini bildirib.

Sonda xidmətdə fərqlənən bir qrup polis əməkdaşına rayon icra hakimiyyətinin fəxri fərmanları təqdim olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031